• Bakı 30° C

    5.97 m/s

  • USD - 1.7

    EUR - 1.8408

    RUB - 0.0193

Ərdoğandan "bozqurd" işarəsi ilə bağlı AÇIQLAMA

DÜNYA

05 Iyul 2024 | 15:11

Ərdoğandan bozqurd işarəsi ilə bağlı AÇIQLAMA

Merih Dəmiralın verdiyi "bozqurd" işarəsi ilə bağlı Türkiyə prezidenti Rəccəb Tayyib Ərdoğan açıqlama verib.

Bakıvaxtı.az bu barədə yerli mətbuata istinadla xəbər verir.

Məlumata görə, Qazaxıstandan qayıtdıqdan sonra jurnalistlərin suallarını cavablandıran Ərdoğan Avstriya ilə oyunda “boz qurd” işarəsi verdiyi üçün UEFA tərəfindən iki oyunluq cəzalanan Merih Dəmiral haqda danışıb.

“Kimsə deyir ki, almanların formalarında qartal var? Kimsə durub deyir ki, “fransızların formasında xoruz var, niyə xoruzlanırsan?”. Orada Merih bu görüntü ilə həyəcanını ifadə edib. Bunun üzərinə Xarici İşlər Nazirliyimiz öz rəsmilərinə zəng edib və bununla bağlı lazımi addımlar atılır”.

Mina Mikayılova


SON XƏBƏRLƏR