Türkiyə prezidentinin bəyanatını şərh etməyi düzgün hesab etmirik.
Bakıvaxtı.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi Mariya Zaxarova Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın “dünyada iki lider qaldıq – bir mən, bir Putin” sözlərini şərh edərkən deyib.
"Ölkəmiz dost ölkələrdən olan həmkarlara və liderlərə hörmət edir, dialoqu davam etdirir, əlaqələri inkişaf etdirir, mütəmadi olaraq təmaslar təmin edilir. Lakin Türkiyə Prezidentinin bəyanatını şərh etməyi düzgün hesab etmirik, bu Türkiyə tərəfinin işidir", - Zaxarova qeyd edib./axar.az