• Bakı C

    13.62 m/s

  • USD - 1.7

    EUR - 2.012

    RUB - 2.2055

Ərinin videosuna görə istefa ərizəsi yazan qadın işdən çıxarıldı

CƏMİYYƏT

04 Fevral 2026 | 15:01

Ərinin videosuna görə istefa ərizəsi yazan qadın işdən çıxarıldı

Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyevin ictimai-siyasi, humanitar sahə üzrə müavini Gülbahar Eyvazova işdən kənarlaşdırılıb.

Bakıvaxtı.az xəbər verir ki, onun adı icra hakimiyyətinin aparatının strukturtundan çıxarılıb.

Qeyd edək ki, G.Eyvazova bir müddət əvvəl həyat yoldaşının “Tiktok”da qeyri-etik ifadələr işlətməsi ilə gündəmə gəlib.

İcra hakimiyyətində sürücü işlədiyi deyilən müavinin həyat yoldaşı Habil Eyvazov içkili halda canlı yayım açaraq dinə, namaza istehzalı münasibət sərgiləmişdi.

 

  • Ərinin videosuna görə istefa ərizəsi yazan qadın işdən çıxarıldı

SON XƏBƏRLƏR