• Bakı 13° C

    5.29 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Ermənistan ABŞ bayrağını qaldırmaqla nəyə nail olmaq istəyir?

SİYASƏT

22 Iyun 2023 | 15:37 | Müəllif: Qalib İbrahimoğlu

Ermənistan ABŞ bayrağını qaldırmaqla nəyə nail olmaq istəyir?

"Ermənistan Naxçıvanla sərhəddə iri metallurgiya zavodu tikməklə terrorçu mahiyyətini davam etdirdiyini ortaya qoyur".

Bu barədə Bakıvaxtı.az-a açıqlamasında millət vəkili Azər Badamov deyib.

Deputat vurğulayıb ki, zavodun buraxdığı zərərli tullantılar bölgəyə ekolojoi zərbə vuracaq: "Zavod ABŞ-da yaşayan bir erməni iş adamın maliyyəsi ilə inşa olunur. Əlbəttə, burada Amerika dövlətinin iştirakından söhbət getmir. Ermənistan ABŞ bayrağını zavodun ərazisində qaldırılmaqla məsələyə siyasi don geynidirməyə çalışır. Amma hesab edirəm ki, zavodun ABŞ-la heç bir əlaqəsi yoxdur”.

Azər Badamov deputat

Onun sözlərinə görə, Vaşinqton əksinə, Azərbaycan-Ermənistan münasibətlərini normallaşdırılmasına töhfə vermək istəyir. Məhz Vaşinqtonun təşəbbüsü ilə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin növbəti görüşü gözlənilir: “Hesab edirəm ki, Ermənistanın özbaşınalıqları barəsində rəsmi şəkildə ABŞ-a müraciət olunmalıdır". Məlumat üçün deyək ki, Ermənistanın Naxçıvanla şərti sərhədində, Arazdəyəndə metallurgiya zavodunda Ermənistan və ABŞ bayraqları qaldırılıb. Azərbaycanın mövqeləri zavoddan bir neçə yüz metr aralıdadır. Ermənilərin bu addımı ABŞ-ı Azərbaycana qarşı törətdikləri təxribata şərik etmək cəhdi kimi qiymətləndirilir.

Aydın Baxış


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026