• Bakı 19° C

    5.07 m/s

  • USD - 1.7

    EUR - 1.8601

    RUB - 0.0175

Ermənistan kommunikasiyaların nəzarətini kimə tapşırmaq istəyir? -ŞƏRH

SİYASƏT

07 Sentyabr 2024 | 09:28

Ermənistan kommunikasiyaların nəzarətini kimə tapşırmaq istəyir? -ŞƏRH

Ermənistan Azərbaycanla gələcək nəqliyyat kommunikasiyalarının təhlükəsizliyini özəl təhlükəsizlik agentliklərinə həvalə etmək imkanlarını araşdırır.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ermənistan xarici işlər nazirinin müavini Mnatsakan Səfəryan deyib.

O bildirib ki, bu ehtimal nəzərdən keçirilir. Səfəryanın sözlərinə görə, özəl mühafizə şirkətləri cəlb olunarsa, onlar bütün kommunikasiyaların, o cümlədən Azərbaycan ərazisindən keçən hissələrin mühafizəsinə cavabdeh olacaq. O, həmçinin əlavə edib kli, Ermənistan sərhədçiləri və gömrükçüləri sərhəddə öz vəzifələrini yerinə yetirəcəklər.

Politoloq Turab Rzayev Bakıvaxtı.az-a açıqlamasında deyib ki, Ermənistanın təkliflərinə nəzər yetirdikdə bəlli olur ki, Ermənistanın özündə də tam olaraq aydın ideya yoxdur.

Ekspertin sözlərinə görə, İrəvan hökumətinin kommunikasiyarla bağlı vahid yol xəritəsi yoxdur: 

"Ermənistan kommunikasiyaların mühafizəsi ilə bağlı ayrıca qurum, yol-mühafizə təşkilatı yaratdığını və yeni yollara bu təşkilatın nəzarət edəcəyini açıqladı. İrəvan hökuməti kommunikasiyalara, xüsusən Zəngəzur dəhlizinə Rusiya Federal Təhlükəsizlik Xidmətinin əməkdaşlarının nəzarət etməsini istəmir və buna qarşı çıxır. Paşinyan özü də dəfələrlə bəyan edib ki, dəhlizin mühafizəsini Ermənistanın təhlükəsizlik xidməti həyata keçirməlidir. Ancaq indi İrəvan rəsmiləri vurğulayırlar ki, kommunikasiyalara nəzarət özəl beynəlxalq şirkətlərə verilməlidir. Bu da ondan xəbər verir ki, Ermənistan hökuməti mövcud yol xəritəsini bəzi reallıqları nəzərə almaqla dəyişdirir. Ona görə də vaxtaşırı fərqli təkliflərlə çıxış edir". 

Turab Rzayev: İrəvanın bu təklifi Cənubi Qafqaza kənar güclərin yerləşməsi deməkdir

Analitik vurğulayıb ki, özəl mühafizə şirkətləri ABŞ və Avropa kimi ölkələrdə var: 

"Amerikada müstəqil ordular, sərhəd mühafizə təşkilatları fəaliyyət göstərirlər. Yəqin ki, Ermənistan kommunikasiyaların nəzarətinin ABŞ, yaxud Fransa şirkətlərinə verilməsinin tərəfdarıdır. Ancaq İrəvan təklif edir ki, Qərb şirkətləri Azərbaycana ərazisindən keçən yollara da nəzarət etsin, onların mühafizəsini təmin etsin. Bu da Rusiyanın maraqlarına ziddir. Moskva açıq şəkildə bəyan edir ki, dəhlizə Rusiya nəzarət etməlidir və sərhədin mühafizəsi də onlarda qalmalıdır. Həm də hesab edilir ki, İrəvanın bu təklifi, yəni beyxnəlxalq mexanizmin bölgəyə gəlməsi Cənubi Qafqaza kənar güclərin yerləşməsi deməkdir. Burada əsas hədəf Rusiyanı uzaqlaşdırmaqdır".

Aydın Baxış


SON XƏBƏRLƏR