• Bakı 19° C

    4.63 m/s

  • USD - 1.7

    EUR - 1.909

    RUB - 2.029

"Ermənistan kütləvi məzarlıqların yeri barədə..." - Hikmət Hacıyev

SİYASƏT

15 Avqust 2023 | 16:36 | Müəllif: Subhan Mahmudov

"Ermənistan kütləvi məzarlıqların yeri barədə..." - Hikmət Hacıyev

Ermənistan məsuliyyətdən yayınmaq üçün kütləvi məzarlıqların yeri barədə ətraflı məlumat verməkdən imtina edir.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Haciyev "X"də paylaşım edib.

"Mülki şəxslərin və hərbi əsirlərin saxlandığı, qeyri-insani rəftara və işgəncələrə məruz qaldığı, öldürüldüyü və kütləvi məzarlıqlarda basdırıldığı Şuşa həbsxanası yaxınlığında 4 000 nəfər itkin düşmüş azərbaycanlının daha bir kütləvi məzarlığı müəyyən edilib", - deyə paylaşımda qeyd edilib.

Qeyd edək ki, avqustun 1-15-dək aparılan qazıntı işləri nəticəsində Şuşa həbsxanası ərazisində 17 şəxsə aid ehtimal edilən insan qalıqları aşkarlanıb.

Xatırladaq ki, bundan əvvəl iyun ayında Şuşa şəhərində Şuşa həbsxanasının ərazisində kütləvi məzarlıq aşkar edilib.

İndiyədək isə kütləvi məzarlıqlar Ağdam rayonunun işğaldan azad olunan Sarıcalı kəndi ərazisində, Şuşa rayonun Daşaltı kəndində, Xocavənd rayonunun Edilli kəndində, Xocalı rayonunun Fərrux kəndində, Füzuli rayonunun Yuxarı Seyidəhmədli kəndində, Kəlbəcərdə, Ağdamda və digər yaşayış məntəqələrində aşkarlanıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

17 Oktyabr 2026