İrəvanda Ermənistan silahlı qüvvələrinə aid avtomobilin iştirakı ilə qəza baş verib.
Bakıvaxtı.az erməni mediasına istinadla xəbər verir ki, bu gün saat 15:00 radələrində Ermənistan Müdafiə Nazirliyinin balansında olan “Hunday Elantra” və “pikap” tipli avtomobil toqquşub.
Qəza nəticəsində 2 nəfər Erebuni Tibb Mərkəzinə, 1 nəfər isə hərbi hospitala yerləşdirilib.
Toqquşma nəticəsində “pikap” yolun hərəkət hissəsindən çıxaraq dirəyə çırpılıb. Patrul xidməti sürücülərin və zərərçəkənlərin şəxsiyyətini müəyyənləşdirir.