• Bakı 11° C

    5.19 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Ermənistan parlamentinin növbədənkənar iclası çağırılır

DÜNYA

11 Iyul 2024 | 19:39 | Müəllif: Subhan Mahmudov

Ermənistan parlamentinin növbədənkənar iclası çağırılır

Ermənistan parlamentinin iyulun 12-də növbədənkənar iclası çağırılıb.

Bakıvaxtı.az  xəbər verir ki, gündəlikdə yeddi məsələ var. Bildirilib ki, məsələlər yekun oxunuşda qəbul ediləcək.

Gündəlikdə duran məsələlərə bunlar daxildir:

“Hökumətin strukturu və fəaliyyəti haqqında” qanuna dəyişiklik edilməsi barədə , “Cinayət-İcra məcəlləsinə əlavə və dəyişikliklər edilməsi haqqında” , “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanuna əlavə və dəyişikliklər edilməsi barədə, “Hərbi qulluqçular haqqında” və bununla bağlı qanunlara dəyişikliklər, “Geodeziya və kartoqrafiya fəaliyyəti haqqında” qanunda dəyişikliklər və bununla bağlı qanun layihələri zərfi, “Milli təhlükəsizlik orqanlarında xidmət haqqında” qanuna dəyişikliklər edilməsi barədə, “Ermənistan Respublikasının müdafiəsi zamanı hərbi qulluqçuların həyatına və ya sağlamlığına vurulmuş zərərin əvəzinin ödənilməsi haqqında” qanuna əlavə və dəyişikliklər haqqında qanun layihələri.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026