• Bakı 11° C

    3.47 m/s

  • USD - 1.7

    EUR - 1.9328

    RUB - 2.0703

Ermənistan qalıcı sülhdə maraqlı deyil: İrəvan sazişin harada imzalanması söhbətini də uzadacaq

SİYASƏT

16 Aprel 2025 | 15:57

Ermənistan qalıcı sülhdə maraqlı deyil: İrəvan sazişin harada imzalanması söhbətini də uzadacaq

“Ermənistan ənənəvi mövqeyini sərgiləyir”.

Bunu Bakıvaxtı.az-a Azad Vətən Partiyasının sədri Akif Nağı Ermənistanın Baş naziri Nikol Paşinyanın “Mənim fikrimcə, yeni Konstitusiyanın mətnində Müstəqillik bəyannaməsinə istinad olmamalıdır" fikrinə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, Ermənistan yekun və qalıcı sülh müqaviləsinin imzalanmasında maraqlı deyil:

"Son anda müxtəlif bəhanələr ortaya atacaq. Eyni zamanda sülh müqaviləsinə imza atsa belə Ermənistana etimad göstərilər bilər. Heç kim zəmanyə vermir ki, İrəvan öz öhdəliklərinə sadiq qalacaq. Ermənistan rəsmiləri hər açıqlamalarında özlərini "sülhpərvər" kimi qələmə verməyə çalışırlar”.


Akif Nağı: . Ermənistan rəsmiləri hər açıqlamalarında özlərini "sülhpərvər" kimi qələmə verirlər

Müsahibimiz qeyd edib ki, Azərbaycanın Ermənistan qarşısında iki mühüm tələbi var:

“Birincisi, Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarının aradan qaldırılması, ikincisi isə ATƏT-in Minsk qrupunun ləğvinə dair birgə müraciət edilməsidir. Ancaq İrəvan hökuməti digər 17 maddə kimi bunları qəbul etdiyini açıqlasa da, Ermənistan sülhə hazır deyil. Ermənistan rəhbərliyi bildirir ki, artıq sülh mətni üzərində razılıq əldə olunub, geriyə sadəcə sazişin harada, nə vaxt imzalanması məsələsi qalıb və bu istiqamətdə danışıqlara hazır olduqlarını deyiblər. Əmin olun ki, Ermənistan sazişin harada və nə vaxt imzalanması söhbətini də mümkün qədər uzadacaq".

A.Nağının sözlərinə görə, Paşinyan iddia edir ki, onların Konstitusiyasında Azərbaycana ərazi iddiası yoxdur:

"Söhbət ondan gedir ki, Ermənistan Konstitusiyasına 2015-ci ildə düzəlişlər edilib. O vaxtadək Konstitusiyada Azərbaycana birbaşa ərazi iddiası var idi. 2015-ci il düzəlişindən sonra ərazi iddiası Preambula deyilən giriş hissəsində saxlanılıb. 1990-cı il avqustun 23-də Levon Ter Petrosyan Ali Məclis sədri olarkən qəbul edilən Ermənistan Müstəqillik Bəyannaməsində də Azərbaycana qarşı ərazi iddiası yer almaqdadır. 1989-cu ilin dekabrın 1-də qondarma qərarla Qarabağı Ermənistana "birləşdirmişdilər". Biz danışıqlarda bu məsələləri ortaya qoymalıdyıq. Ermənistan parlamenti həmin qərarın ləğvi ilə bağlı addım atmalıdır".

Qeyd edək ki, Nikol Paşinyan "Mənim fikrimcə, yeni Konstitusiyanın mətnində Müstəqillik bəyannaməsinə istinad olmamalıdır" deyərək, qeyd edib ki, bu məsələdə xalq qərar verməlidir.

Müstəqillik bəyannaməsində Azərbaycana qarşı ərazi iddiaları yer alır. Belə ki, Müstəqillik haqqında bəyannamədə keçmiş Dağlıq Qarabağın Ermənistana birləşdirilməsinin zəruriliyi ilə bağlı bənd var. Azərbaycan isə buna kəskin etiraz edir, Ermənistanla sülh sazişinin imzalanması üçün Konstitusiyada dəyişiklik edilməsini şərt kimi irəli sürür. Ermənistan rəhbərliyi ATƏT-in Minsk qrupunun ləğvinə dair sənədə imza atmağa hazır olduğunu da bəyan edib.

Aydın Baxış


SON XƏBƏRLƏR

18 Aprel 2025