q
  • Bakı 11° C

    8.24 m/s

  • USD - 1.7

    EUR - 1.9935

    RUB - 2.2576

Ermənistan-Türkiyə birgə işçi qrupunun iclası keçirildi

DÜNYA

28 Aprel 2026 | 17:17

Ermənistan-Türkiyə birgə işçi qrupunun iclası keçirildi

Ermənistan-Türkiyə münasibətlərinin normallaşdırılması çərçivəsində əldə edilən razılaşmalara uyğun olaraq, aprelin 28-də Qarsda Gümri-Qars dəmir yolunun bərpası və istismarı üzrə Ermənistan-Türkiyə birgə işçi qrupunun iclası keçirilib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin məlumatında bildirilib.

Tərəflər regionda nəqliyyat infrastrukturunun genişləndirilməsi kontekstində Gümri-Qars dəmir yolunun tezliklə istifadəyə verilməsinin vacibliyini vurğulayıblar.

Xatırladaq ki, 2025-ci ilin payızında İrəvan və Ankara Gümrü-Qars dəmir yolu xəttinin və elektrik ötürücü xətlərinin bərpası və istifadəyə verilməsi ilə bağlı texniki araşdırma aparmaq barədə razılığa gəliblər.


SON XƏBƏRLƏR