• Bakı 24° C

    12.42 m/s

  • USD - 1.7

    EUR - 1.9593

    RUB - 2.051

Ermənistana 6 vaqon buğda göndərilib

CƏMİYYƏT

14 Avqust 2026 | 17:18

Ermənistana 6 vaqon buğda göndərilib

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti tədarük həyata keçirilib.

Bakıvaxtı.az xəbər verir ki, 6 vaqondan ibarət, çəkisi 420 ton olan buğda 13 avqust tarixində Biləcəri stansiyasından Böyük Kəsik istiqamətinə göndərilib.

    Qeyd edək ki, indiyədək Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 40 min tondan çox taxıl, 9 min tona yaxın gübrə, 1136 ton propan, 133 ton alüminium , 1114 ton kömür və 67 min ton taxta göndərilib.

    Eyni zamanda, indiyədək Azərbaycandan Ermənistana 15 min tona yaxın dizel, 5 min tona yaxın Aİ-92 və Aİ-95 benzini ixrac olunub.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR