Ermənistanda hakimiyyət orqanlarında güya ölkənin Milli Təhlükəsizlik Xidmətinə Nikol Paşinyana qarşı terror aktı haqqında məlumat daxil olması barədə şayiələr dolaşır.
Bakıvaxtı.az xarici KİV-ə istinadən xəbər verir ki, bu təhlükə ilə əlaqədar Ermənistan parlamentinin yeni rəhbərliyi media üçün yeni məhdudiyyətlər nəzərdə tutub. Erməni deputatların kabinetinə girmək üçün jurnalistin buraxılış vərəqəsi olmalıdır. Ancaq burada da məhdudiyyətlər tətbiq etdilər. Belə ki, iclas günlərində belə bir icazə vermək qadağandır. Yeni seçilmiş deputatlara bu gün aparatda məlumat verilib.
Tərcümə şöbəsi
Bakıvaxtı.az
















