• Bakı 21° C

    8.55 m/s

  • USD - 1.7

    EUR - 1.8912

    RUB - 0.0186

Ermənistanda Qərbi Nil qızdırmasından ölənlərin sayı artdı

DÜNYA

13 Sentyabr 2024 | 20:30

Ermənistanda Qərbi Nil qızdırmasından ölənlərin sayı artdı

Ermənistanda Qərbi Nil qızdırmasından ölənlərin sayı 4 nəfərə çatıb. 

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ermənistan Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktika üzrə Milli Mərkəzi məlumat yayıb.

Daha əvvəl 3 nəfərin öldüyü bildirilmişdi.

Son bir həftə ərzində 20 yeni yoluxma halı müəyyən edilib. Ermənistanda ümumilikdə 128 Qərbi Nil qızdırması halı qeydə alınıb.

Xatırladaq ki, Ermənistanda ilk dəfə virus xəstəliyinə yoluxma halı avqustun 21-də məlum olub. Qərbi Nil qızdırması insanlara ağcaqanad dişləməsi ilə keçir. Çox vaxt infeksiya asemptomatikdir. Xəstəliyin mümkün əlamətləri arasında qripə bənzər simptomlar var.


SON XƏBƏRLƏR

17 Sentyabr 2024