• Bakı 10° C

    5.25 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Ermənistanda seçkiqabağı Qarabağ debatı: “Paşinyan sirrləri açır”

GÜNDƏM

01 Iyun 2021 | 14:12

Ermənistanda seçkiqabağı Qarabağ debatı: “Paşinyan sirrləri açır”

“Ermənistanın baş naziri Nikol Paşinyan eks prezidentləri iyunun 18-də debata dəvət edib. Debatda ən əsas müzakirə məsələsi Ermənistanın regional mövqeyi, qarşıdakı planlar və Qarabağla bağlı məsələdir”.

Bunu Bakıvaxtı.az-a açıqlamasında politoloq İlyas Hüseynov bildirib.

Politoloqun sözlərinə görə, Paşinyan bildirib ki, əhalinin Qarabağla bağlı bilməli olduğu bəzi məsələləri açıqlayacaq: “Paşinyanın təklifi ilə Ermənistanın eks prezidentləri Levon Ter-Petrosyan, Robert Koçaryan və Paşinyanın canlı efirdə diskusiya aparacaqlar. Qərbin dəstəyi ilə hakimiyyətə gəlmiş Paşinyanla milliyyətçi çıxışlar edən və Rusiyanın dəstəyini qazanmaq istəyən Koçaryan arasında debat maraqlı olacaq. Paşinyan müharibədəki məğlubiyyətdə keçmiş prezidentlər Koçaryanı və Sarkisyanı ittiham edib.  Ermənistan işğalçılıq siyasətilə heç nəyə nail olmadı. Azərbaycan ərazi bütövlüyünü bərpa etdi. Hər üç tərəf Azərbaycana qarşı haqsız mövqe nümayiş etdirib”.

Ramid İbrahimov

Bakivaxtı.az


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026