• Bakı C

    7.12 m/s

  • USD - 1.7

    EUR - 1.7609

    RUB - 1.6425

Ermənistanın bir yolu qalıb: “Zəngəzur dəhlizinin açılması...”

SİYASƏT

12 Fevral 2024 | 09:29

Ermənistanın bir yolu qalıb: “Zəngəzur dəhlizinin açılması...”

"Ermənistan blokadadan çıxmaq məqsədi ilə bir çox tranzit layihələr həyata keçirmək və yaxud işə düşəcək tranzit layihələrə qoşulmaq niyyətindədir. Ancaq Ermənistan nə qədər cəhd etsə də, ən əsas qonşuları - Türkiyə və Azərbaycanla münasibətləri normallaşdırmadan qoşulduğu bütün layihələr gəlirli və sərfəli olmayacaq".

Bu sözləri Bakıvaxtı.az-a açıqlamasında millət vəkili Naqif Həmzəyev deyib.

Deputat bildirib ki, Ermənistan çətin relyefə malikdir və bu, ölkəni İranla birləşdirən avtomobil yolu tez-tez sıradan çıxır. Yeni yolun çəkilməsi üçün nə İranın, nə də Ermənistanın sərmayə qoymaq imkanı var:

"Bu baxımdan Ermənistan məhz Hindistandan İrana, oradan isə Ermənistana uzanan layihənin reallaşdırılması ilə müəyyən üstünlük əldə etməyə çalışır. Ancaq bu, birbaşa Ermənistan iqtisadiyyatına elə də böyük müsbət təsir göstərməyəcək”.

Naqif Həmzəyev: Ermənistan Zəngəzur dəhlizinin işə düşməsinə şərait yaradarsa, daha çox gəlir əldə edər

Müsahibimiz qeyd edib ki, ancaq Ermənistan Zəngəzur dəhlizinin işə düşməsinə şərait yaradarsa, daha çox gəlir əldə edər, fayda götürər. Zəngəzur dəhlizi vasitəsi ilə Rusiya ilə birbaşa əlaqə qurmaq imkanı qazanar.

N.Həmzəyev bildirib ki, Hindistan-İran-Ermənistan dəhlizi isə İrəvan üçün effektli olmayacaq:  “Ermənistanın bu layihəyə qoşulmaqla blokadadan çıxmaq cəhdləri nəticəsiz qalacaq. Gec-tez Ermənistan məcburiyyət qarşısında qalaraq, Zəngəzur dəhlizinin açılmasını təmin edəcək. Ermənistanın rifahı da bu layihənin reallaşmasından və həm Azərbaycan, həm də Türkiyə ilə əməkdaşlıqdan asılıdır".

Aydın Baxış


SON XƏBƏRLƏR