• Bakı 29° C

    6.58 m/s

  • USD - 1.7

    EUR - 1.9877

    RUB - 2.0484

Ermənistanın müdafiə naziri HƏRBÇİLƏRİN ÖLÜMÜNƏ AYDINLIQ GƏTİRDİ 

DÜNYA

24 Avqust 2026 | 16:32

Ermənistanın müdafiə naziri HƏRBÇİLƏRİN ÖLÜMÜNƏ AYDINLIQ GƏTİRDİ

Ermənistanın müdafiə naziri Suren Papikyan ölkə ordusunda qısa müddət ərzində hərbçilərin ölüm hallarının artmasını izah edə bilmədiyini bildirib.

Bakıvaxtı.az Ermənistan mediasına istinadən xəbər verir ki, Papikyan jurnalistlərə açıqlamasında deyib:

"Mən suala cavab verə və ya erməni hərbçilərin ölümlərinin niyə intensivləşdiyini izah edə bilmərəm. Lakin Ermənistan müdafiə nazirinin ölümlərdə günahlandırılması yeni tendensiyadır". 

Onun sözlərinə görə, Ermənistan ordusunda qətl, intihar halları ölkə tarixinin müxtəlif dövrlərində qeydə alınıb. Papikyan Müdafiə Nazirliyinin səyləri nəticəsində 2025-ci ildə belə halların sayının minimuma endirilərək ikiyə düşdüyünü bildirib. 

Nazir 2015-ci ildən etibarən statistik məlumatları təqdim edib, daha sonra 1990-cı illərə aid göstəricilərə qayıdaraq bu cür hadisələrin Ermənistan ordusunda əvvəllər də baş verdiyini vurğulayıb.

Qeyd edək ki, 2026-cı ilin əvvəlindən etibarən Ermənistan Silahlı Qüvvələrində onlarla hərbçinin ölümü qeydə alınıb. Onlardan beşinin orduda xidmət etdiyi bildirilir.Hadisələr Ermənistanda geniş ictimai narazılığa səbəb olub. Hərbi hissələrdə intizam, təhlükəsizlik və şəxsi heyətin mənəvi-psixoloji vəziyyəti ilə bağlı məsələlər yenidən gündəmə gəlib. Bu fonda Ermənistan Müdafiə Nazirliyinin rəhbəri hərbi hissələrə bir sıra yoxlama səfərlərinə başlayıb.

Günəş Mərd 

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR