• Bakı 18° C

    1.7 m/s

  • USD - 1.7

    EUR - 1.9093

    RUB - 1.9998

Ermənistanın müharibə hazırlığı ağılsız addımdır

SİYASƏT

10 Mart 2023 | 16:28 | Müəllif: Qalib İbrahimoğlu

Ermənistanın müharibə hazırlığı ağılsız addımdır

““Hraparak” nəşrinin yaydığı məlumata görə, guya Ermənistan müharibəyə hazırlaşır. Əlbəttə ki, bu, ağılsız addımdır”.

Bunu Bakıvaxtı.az-a millət vəkili Tahir Kərimli bildirib.

Deputat qeyd edib ki, Ermənistan Azərbaycanla müqayisə edilməyəcək dərəcədə zəifdir:

“İndi elə məqam da yoxdur ki, xarici ölkələr ona dəstək versin. Çünki bunun üçün şərait də yoxdur”.

T.Kərimli bildirib ki, Ermənistanla Rusiyanın arası korlanıb, Fransa burda qoşun yerləşdirən deyil:

“Yəni ağıldan kəm bir məqamdır. Ermənilər ağıllanmalıdır. Onlar Qarabağın azad olmasını istəyir, Qarabağ isə Azərbaycan torpağıdır. Yəni ortada barışmaz bir durum var. Lakin onlar beynəlxalq hüquqa tabe olmayacaqsa, əlbəttə ki, güclünün mövqeyi nəticə verəcək”.

“Hər bir halda biz sülhün tərəfdarıyıq” deyən Tahir Kərimlinin sözlərinə görə, Ermənistan tərəfi bu kimi məlumatları yaymaqla, sadəcə öz xalqını qorxudur.

Qeyd edək ki, erməni mətbuatı Ermənistanın müharibəyə hazırlaşması barədə məlumat tatıb. Xəbərə görə, ölkədə 48 yaşa qədər olan kişilər təlim toplanışına çağırılıb. Ermənilərin təcili təlimə çağırılması ölkənin müharibə hazırlığı ilə əlaqələndirilir.

Onu da bildirək ki, son günlər həm Ermənistan silahlı qüvvələri, həm də Qarabağdakı separatçılar Azərbaycan ordusuna qarşı təxribatlar törətməklə məşğuldur.

Nuranə Daxilqızı


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

10 Oktyabr 2026