• Bakı 15° C

    11.43 m/s

  • USD - 1.7

    EUR - 1.843

    RUB - 0.0175

"Ermənistanla sülh regional rifaha yol açacaq" - Hakan Fidan

DÜNYA

18 Oktyabr 2024 | 13:45

Ermənistanla sülh regional rifaha yol açacaq - Hakan Fidan

"Biz inanırıq ki, Ermənistanla tarixi və formal sülh regional rifaha yol açacaq".

 Bakıvaxtı.az Anadolu Agentliyinə istinadən xəbər verir ki, bunu XİN başçılarının "3+3" formatında keçirilən görüşünün açılışında çıxışı zamanı Türkiyənin xarici işlər naziri Hakan Fidan deyib.

O, çıxışında Ermənistanla tarixi və formal sülhün regionda dönməz sabitlik, firavanlıq və inkişafa yol açacağına inandığını bildirib.

""3+3" regional məşvərət platformasının üçüncü iclasında müzakirələr təkcə Ermənistan və Azərbaycanın deyil, bütün Qafqaz regionunun problemlərini müzakirə edəcək. Ankara "3+3" platformasına dəyər verir və region ölkələrinin problemlərini həll etmək üçün birləşməyi tövsiyə edir", - deyə türkiyəli nazir vurğulayıb.

Gülşən Şərif


SON XƏBƏRLƏR