• Bakı 24° C

    4.46 m/s

  • USD - 1.7

    EUR - 1.9753

    RUB - 2.1795

Ermənistann KTMT-dən çıxmaq istəyinə Rusiyadan REAKSİYA

DÜNYA

16 Iyul 2025 | 21:39

Ermənistann KTMT-dən çıxmaq istəyinə Rusiyadan REAKSİYA

Kreml KTMT-dən mümkün çıxmaq və Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) maraq göstərməsi ilə bağlı bəyanatlar fonunda Ermənistanın xarici siyasətini “çoxvektorlu” hesab edir.

Bakıvaxtı.az xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov baş nazir Nikol Paşinyanın sözlərini şərh edərkən bildirib.

"KTMT-də statusla bağlı qərar Ermənistanın suveren məsələsidir. Amma eyni zamanda, onlar ŞƏT-də maraqlıdırlar. Yəni, onlara göründüyü kimi, çoxvektorlu siyasət yürüdürlər", - Peskov bildirib.

O, Rusiyanın İrəvanla həm ikitərəfli formatda, həm də beynəlxalq birliklər çərçivəsində maksimum qarşılıqlı fəaliyyətdə maraqlı olduğunu vurğulayıb.


SON XƏBƏRLƏR

16 Iyul 2025