• Bakı 17° C

    8.19 m/s

  • USD - 1.7

    EUR - 1.9757

    RUB - 2.3291

Ersin Tatar bu tarixdə Azərbaycana səfər edəcək

SİYASƏT

03 Oktyabr 2025 | 12:56

Ersin Tatar bu tarixdə Azərbaycana səfər edəcək

Şimali Kipr Türk Cümhuriyyətinin (SKTC) Prezidenti Ersin Tatar Azərbaycana səfər edəcək.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Report"un sorğusuna cavab olaraq bu ölkənin Azərbaycandakı nümayəndəsi Ufuk Turqaner məlumat verib.

O bildirib ki, ŞKTC Prezidenti oktyabrın 6-7-də Azərbaycanda səfərdə olacaq.

Ersin Tatar səfər çərçivəsində Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının Qəbələdə keçiriləcək 12-ci Zirvə görüşündə iştirak edəcək.

Xatırladaq ki, 2022-ci ildən etibarən Şimali Kipr Türk Cümhuriyyəti TDT-nin müşahidəçi üzvüdür.


SON XƏBƏRLƏR

18 May 2026