• Bakı 27° C

    15.23 m/s

  • USD - 1.7

    EUR - 1.8459

    RUB - 0.02

Ersin Tatar: KKTC, Türkiyə və Azərbaycan tibbdə güclərini birləşdirməlidir

SİYASƏT

20 Aprel 2024 | 11:07

Ersin Tatar: KKTC, Türkiyə və Azərbaycan tibbdə güclərini birləşdirməlidir

Şimali Kipr Türk Cümhuriyyətinin (KKTC) Girne şəhərində keçirilən Türkiyə, Azərbaycan və KKTC Birgə Pediatriya Təhsil Toplantısının açılış sessiyasında çıxış edən Ersin Tatar Şərqi Aralıq Dənizində müstəqil Türk dövləti olaraq gələcəyə doğru möhkəm addımlar atdıqlarını qeyd edərək iştirakçılara təşəkkürünü bildirib. 

Bakıvaxtı.az “TRT Türk”ə istinadən xəbər verir ki, Girnədə üç dövlətin iştirakı ilə keçirilən görüşün KKTC-nin səsinin dünyaya çatdırılması və tibb sahəsində əməkdaşlığın inkişaf etdirilməsi baxımından əhəmiyyətinə işarə edən Tatar "Bir millət, üç dövlət. Şadam ki, Göy Vətəndə mühüm qurultay keçiriləcək. Bu, övladlarımız üçün faydalı olacaq. Bu, həm də əlaqələrimizi gücləndirəcək" deyib. 

Tatar Türkiyə ilə yanaşı Azərbaycandan da həkimlərin ölkəsinə gəlməsinin KKTC-nin səhiyyə sahəsində inkişafına töhfə verəcəyinə diqqət çəkərək “KKTC, Türkiyə və Azərbaycan tibbdə güclərini birləşdirməlidir. Üç ölkə qiymətləndirməlidir. onların tibb sahəsində fikir mübadiləsi və əməkdaşlıq etməsi vacibdir.Bunun Türk dünyasına böyük faydası olacağına inanıram”, - deyə qeyd edib. 

Türkiyə Milli Pediatrlar Dərnəyinin liderliyi ilə Girnedə bir oteldə başlayan Türkiyə, Azərbaycan və KKTC Birgə Pediatriya Təhsil Toplantısı aprelin 21-də başa çatacaq. Üç ölkədən bir çox akademik, həkim və səhiyyə işçisinin qatıldığı toplantıda pediatriya sahəsindəki son yeniliklər, yeni doğulan körpələrin, uşaq və yeniyetmələrin sağlam həyat tərzi və xəstəlik prosesləri müzakirə olunacaq.

Ay Tac


SON XƏBƏRLƏR

26 Iyul 2024