• Bakı 28° C

    11.83 m/s

  • USD - 1.7

    EUR - 1.9696

    RUB - 2.0024

Əsəbiləşib özünə xəsarət yetirən futbolçu ilə bağlı QƏRAR

İDMAN

20 Avqust 2026 | 14:22

Əsəbiləşib özünə xəsarət yetirən futbolçu ilə bağlı QƏRAR

Misli Premyer Liqasının I turunun “Sumqayıt” – “Neftçi” oyununda birbaşa qırmızı vərəqə alan “Sumqayıt”ın futbolçusu Səbuhi Abdullazadə 5 oyunluq cəzalandırılıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsinin iclasında qərar qəbul olunub.

Təcavüzkar davranışa görə cəzalandırılan futbolçuya görə “Sumqayıt” klubu 3 min manat cərimə olunub. Eyni qarşılaşmada həmçinin 4 futbolçusu sarı vərəqə alan “Neftçi” 700 manat cərimələnib.

Sözügedən turda baş tutan “Qarabağ” – “Şamaxı” matçında 4 futbolçusu sarı vərəqə ilə cəzalandırılan qonaq komanda 700 manat cərimələnib.

Qeyd edək ki, “Sumqayıt” klubunun kapitanı Səbuhi Abdullazadə “Neftçi” ilə matçda qırmızı vərəqə alıb meydandan çıxarkən stadionun qapısını sındırmışdı və nəticədə şüşə onun ayağına düşərək ciddi zədə almasına səbəb olmuşdu./


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Avqust 2026