• Bakı 14° C

    1.72 m/s

Əsəd tərəfdarları hücuma keçdi: 13 nəfər öldü

DÜNYA

06 Mart 2025 | 23:25 | Müəllif: Subhan Mahmudov

Əsəd tərəfdarları hücuma keçdi: 13 nəfər öldü

Cəblə şəhərində keçmiş prezident Bəşər Əsədi dəstəkləyən silahlı qruplarla toqquşmalarda Suriyanın yeni hökumətinin Dövlət Təhlükəsizlik İdarəsinin ən azı 13 əməkdaşı həlak olub. 

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Suriya” telekanalı məlumat yayıb.

Bildirilib ki, bir qrup Əsəd tərəfdarı Cəblə şəhərinin yaxınlığında Suriyanın yeni administrasiyasının Dövlət Təhlükəsizlik İdarəsinin nəzarət-buraxılış məntəqələrindən birinə hücum edib.

Tərəflər arasında toqquşmaların hələ də davam etdiyi vurğulanıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Oktyabr 2026