Rusiyanın Ukraynaya hücumlarında Kiyevdən başqa Çerkassı, Poltava, Odessa, Çerniqov, Çernovitskaya və Rovnenskoy vilayətləri də hədəfə alınıb.
Bakıvaxtı.az xəbər verir ki, digər tərəfdən, iki ölkə arasında yenidən əsir mübadiləsi aparılıb. Ukrayna Prezident Aparatının rəhbəri Andriy Yermak bildirib ki, Rusiya ilə əsir mübadiləsi zamanı əksəriyyəti hərbçi olan 108 ukraynalı qadın azad edilib.
Rusiya Müdafiə Nazirliyi də əsir mübadiləsi çərçivəsində 110 Rusiya vətəndaşının, o cümlədən 72 dənizçinin azad edildiyini bildirib.
Nuranə Daxilqızı
















