• Bakı 21° C

    8.55 m/s

  • USD - 1.7

    EUR - 1.8912

    RUB - 0.0186

Əsirlikdən azad olunan 49 nəfər Ukraynaya qaytarılıb - FOTO

DÜNYA

13 Sentyabr 2024 | 15:36

Əsirlikdən azad olunan 49 nəfər Ukraynaya qaytarılıb - FOTO

Rusiyanın əsirliyindən azad edilən 49 nəfər hərbi qulluqçu və mülki şəxs Ukraynaya gətirilib. 

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski “Telegram” hesabında paylaşım edib.

O qeyd edib ki, ölkəyə qaytarılanların arasında “Azovstal” kombinatının müdafiəsində iştirak edənlər, eləcə də “Ukrayna qəhrəmanı” adına layiq görülən hərbi həkim Viktor İvçuk da var. 

Ukrayna lideri onların azad edilməsində xidmətləri olanlara təşəkkür edib.


SON XƏBƏRLƏR

17 Sentyabr 2024