• Bakı 21° C

    3.45 m/s

  • USD - 1.7

    EUR - 1.9763

    RUB - 2.3214

Ətin qiyməti ilə bağlı VACİB XƏBƏR - Nazir müavini danışdı

CƏMİYYƏT

04 Iyun 2026 | 11:58

Ətin qiyməti ilə bağlı VACİB XƏBƏR - Nazir müavini danışdı

Azərbaycanda ət məhsullarının istehsalının artımının qarşısında duran hədəflərdən, yaxud çağırışlardan biri odur ki, istehsal həm mövcud tələbatı, həm də artan istehlakı qarşılamalıdır.

Bakıvaxtı.az xəbər verir ki, bunu kənd təsərrüfatı nazirinin müavini Zaur Əliyev "Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı"na həsr olunmuş mətbuat konfransında deyib.

Onun sözlərinə görə, Azərbaycanda mövcud ət istehlakının istehsal hesabına təmin edilməsi hədəflənir: "Paralel olaraq başa düşürük ki, növbəti dövrlərdə ölkədə ət istehlakı da artacaq. Bu istiqamətdə son illərdə istehlak artım qeydə alınıb. Məsələn, 2025-ci ildə quş ətinin istehlakında 2021-ci illə müqayisəsində adambaşına 2 kiloqramdan çox artım olub. Bu göstərici mal əti ilə bağlı təxminən 1,6 kiloqramdır".


SON XƏBƏRLƏR

03 Iyun 2026