Lənkəran Ağır Cinayətlər Məhkəməsində seksual xarakterli zorakılıq hərəkətləri etmədə və mənzil toxunulmazlığını pozmada təqsirləndirilən Qafar Elimdarzadənin (adı, soyadı şərtidir) cinayət işi üzrə məhkəmə iclası başa çatıb.
Bakıvaxtı.az Pravda.az-a istinadən xəbər verir ki, hakim Cavanşir Nəbiyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə o, 6 il 1 ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilib.
İttihama görə, hadisə 18 iyun 2025-ci il tarixdə, saat 2 radələrində Saatlı rayonu ərazisində qeydə alınıb.
Belə ki, Qafar Elimdarzadə öz cinsi ehtirasını təmin etmək məqsədilə əvvəllər hər hansı yaxınlıq münasibətində olmadığı həmkəndlisi olan zərərçəkmiş D.D.-nin (adı, soyadı şərtidir) evinə qanunla müəyyən edilmiş əsaslar olmadan, ev sakinlərinin iradəsinə zidd olaraq gizli şəkildə daxil olub.
Məlumata görə, təqsirləndirilən şəxs əvvəlcə evin həyətyanı sahəsinə, daha sonra qapısı açıq olan yaşayış evinə daxil olaraq zalda yatan zərərçəkmiş şəxsə yaxınlaşıb. Zərərçəkmiş şəxsin oyanmasından sonra ona sağlamlığa zərər vurmayan müxtəlif xəsarətlər yetirilib.
İstintaqla müəyyən edilib ki, bundan sonra Qafar Elimdarzadə D.D.-yə qarşı onun iradəsinə zidd olaraq seksual xarakterli zorakılıq hərəkətləri edib.
Qeyd olunan əməllər nəticəsində zərərçəkmiş şəxsə sağlamlığa zərər vurmayan, dərəcəsi təyin edilməyən xəsarətlər yetirildiyi müəyyən olunub.
Qeyd edək ki, Qafar Elimdarzadə məhkəmədə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib.
Bakı 



