• Bakı 26° C

    12.74 m/s

  • USD - 1.7

    EUR - 1.9814

    RUB - 2.0202

"Əvvəlkilər iş görürdü, indikilər pul yığırlar" - Klounları TƏNQİD ETDİ 

CƏMİYYƏT

28 Avqust 2026 | 11:50

"Əvvəlkilər iş görürdü, indikilər pul yığırlar" - Klounları TƏNQİD ETDİ

Uşaqların ad günləri və müxtəlif tədbirlərində klounlar uzun illərdir ən çox diqqət çəkən əyləncə vasitələrindən biri olaraq qalır. Rəngarəng geyimləri, fərqli obrazları, oyunları və müxtəlif hərəkətləri ilə uşaqları əyləndirən klounlar xüsusilə ad günü mərasimlərində valideynlərin müraciət etdiyi xidmətlər sırasındadır.

Bəs bu sahədə vəziyyət necədir? Klounlar bir gün ərzində nə qədər qazanır, onların xidmətlərinə tələbat hansı səviyyədədir? Müasir dövrdə uşaqların əyləncə seçimləri dəyişdiyi halda, klounlar hələ də onların diqqətini çəkə bilirlərmi? 

Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrı aktyoru Yusif DadaşovBakıvaxtı.az-a açıqlamasında bu mövzuya toxunub.

Onun sözlərinə görə, aktyor olaraq hərənin öz qiyməti var, bu vəziyyət klounlar üçün də keçərlidir:

"Elə kloun var ki, günü 10 manata uşaq tədbirlərinə gedir. Eləsi də var ki, bu məbləğ 5 manat təşkil edir. Ucuz qiymətə tədbirlərə gedən klounlar gündə 10 tədbir götürə bilirlər. Bəzi klounlar isə 1 saat üçün 100-150 manat istəyir. Onu da qeyd edim ki, günümüzdə peşəkar klounlar çox azdır. Bəlkə də bir əlin barmağına sığacaq kadar kloun var. Paralel olaraq, uşaq tədbirlərində klounlara tələbat da azdır". 

Klounların indi uşaqları əyləndirə bilməsinə gəlincə, müsahibimiz uşaqları əyləndirməyin çətin olduğunu bildirib. 

"Kloun bir sənət növüdür, amma indiki əksər klounlar özlərini şit aparırlar. 2000-ci ildən əvvəlki klounlarla indiki klounlar arasında çox böyük fərq var. O vaxtkı klounlar iş göstərirdilər, indikilər heç nə eləmirlər. Sadəcə səhnəyə çıxırlar və ancaq pul yığırlar. Yalnız bahalı klounlar tədbirləri çox yaxşı idarə edirlər və özlərini göstərirlər. əvvəlki klounlar özlərini sanballı aparırdılar. Ona görə böyük məclislərində də olurdular və böyükləri də əyləndirirdilər. Böyüklər də klounu hörmətlə qarşılayırdılar. İndi isə kloun adı belə bəyənilmir", - deyə Y. Dadaşov qeyd edib.

Aktyor onu da vurğulayıb ki, şou aparıcısı kimi uşaq tədbirlərinə gedir:

"Səhnə geyimində uşaqlar ilə oyunlar aparıram və onlar bunu çox bəyənirlər. Klounlar isə tədbirlərdə yalnız mahnı qoyurlar, ora-bura tullanırlar və tədbiri yola verirlər". 

Gülşən Şərif


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Avqust 2026