• Bakı C

    14.83 m/s

  • USD - 1.7

    EUR - 1.7658

    RUB - 1.7347

Famil Xəlilova hökm oxundu

HADİSƏ

06 Fevral 2025 | 17:15

Famil Xəlilova hökm oxundu

Narkotik vasitələri hazırlama, saxlama, daşıma ittihamı ilə saxlanılan Famil Xəlilovun cinayət işi üzrə yekun məhkəmə prosesi keçirilib.

Bakıvaxtı.az apa-ya istinadən xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, Famil Xəlilova 2 il sınaq müddəti seçilməklə 3 il şərti cəza verilib.

Qeyd edək ki, Famil Xəlilov 2024-cü ilin mayın 2-də saxlanılıb. Ona Cinayət Məcəlləsinin 234.4.3-cü (satış məqsədilə külli miqdarda narkotik hazırlama, daşıma, saxlama) maddəsi ilə ittiham irəli sürülüb. Famil Xəlilov ötən ilin dekabr ayında ev dustaqlığına buraxılıb.

 


SON XƏBƏRLƏR

06 Fevral 2025