• Bakı 12° C

    5.87 m/s

  • USD - 1.7

    EUR - 1.8399

    RUB - 0.0185

Fazil Mustafanın partiyası: "Sui-qəsdin siyasi səbəblərlə icra edilməsi..."

CƏMİYYƏT

30 Mart 2023 | 17:53

Fazil Mustafanın partiyası: Sui-qəsdin siyasi səbəblərlə icra edilməsi...

"Böyük Quruluş Partiyası (BQP) başqanı, deputat Fazil Mustafaya qarşı həyata keçirilən sui-qəsdin siyasi səbəblərlə icra edilməsi şübhə doğurmur".

Bakıvaxtı.az  xəbər verir ki, bu fikirlər Fazil Mustafaya qarşı həyata keçirilən terror aktı ilə bağlı partiyanın yaydığı bəyanatında əksini tapıb.

Bəyanatda BQP üzvlərinin martın 29-da partiya başqanı, deputat Fazil Mustafaya qarşı həyata keçirilən acımasız, alçaq, vəhşi terror aktı ilə bağlı xəbəri böyük sarsıntı və dərin hiddət hissi ilə qarşıladığı qeyd edilib:

"Bu qanlı cinayəti törədən şəxsin və ya şəxslərin, arxasında duran mərkəz və ya qrupların, sifarişçilərin və icraçıların hüquq-mühafizə orqanları tərəfindən ən qısa zamanda aşkara çıxarılaraq ədalət məhkəməsinə təhvil veriləcəyinə və layiq olduqları ən ağır cəzaya məhkum ediləcəyinə ümid edirik".

BQP hesab edir ki, bu sui-qəsdin siyasi səbəblərlə icra edilməsi şübhə doğurmur:

"Terror hadisəsini törədənlərin başlıca məqsədi Azərbaycanın cəhalət girdabında qalmasını istəyənlərə, təhrif olunmuş dini inanc əsarətinə salanlara, məzhəbçi dini ekpansiyaçılara ölkəni təslim edənlərə, ölkə maraqlarını bütün digər maraqların fövqündə tutan aydınların qarşısını kəsmək və bu yolla da cəmiyyətdə qorxu, panika və xof hissi yaratmaqdan ibarətdir".


SON XƏBƏRLƏR