• Bakı C

    3.06 m/s

  • USD - 1.7

    EUR - 2.0022

    RUB - 2.1715

Fələstin prezidentindən HƏMAS-a ÇAĞIRIŞ

DÜNYA

17 May 2025 | 18:54

Fələstin prezidentindən HƏMAS-a ÇAĞIRIŞ

Fələstin Prezidenti Mahmud Abbas radikal HƏMAS hərəkatını Yaxın Şərqdə sülh nizamlanmasına dair "ərəb planı"na riayət etməyə çağırıb.

Bakıvaxtı.az  "Wafa" agentliyinə istinadən xəbər verir ki, o, bu fikri Bağdadda keçirilən Ərəb Dövlətləri Liqasının 34-cü sammitində səsləndirib.

Agentliyin məlumatında deyilir: "Bu plan daimi atəşkəsin əldə edilməsini, bütün girov və məhbusların azad olunmasını, humanitar yardım və Qəzza zolağından işğalçı qüvvələrin tam çıxarılmasını nəzərdə tutur".

Abbas Qəzza zolağının bərpası planını müzakirə etmək üçün Qahirədə beynəlxalq konfransın keçirilməsinin vacibliyini vurğulayıb.


SON XƏBƏRLƏR

01 Yanvar 2026