• Bakı 17° C

    8.62 m/s

  • USD - 1.7

    EUR - 1.8082

    RUB - 0.0181

Fələstinin XİN rəhbəri Lavrovla İsraildəki vəziyyəti müzakirə edəcək

DÜNYA

29 Yanvar 2023 | 20:38

Fələstinin XİN rəhbəri Lavrovla İsraildəki vəziyyəti müzakirə edəcək

Fələstinin xarici işlər naziri Riyad əl-Maliki yaxın vaxtlarda rusiyalı həmkarı Sergey Lavrovla əlaqə saxlamaq niyyətindədir. 

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Fələstinin Moskvadakı səfiri  Abdel Hafiz Nofəl məlumat yayıb.

Diplomatlar İsraildəki vəziyyəti müzakirə etməyi planlaşdırırlar. Biz Fələstin-İsrail münaqişəsi zonasındakı vəziyyətdən, xüsusən də İsrailin hərbi-siyasi kabinetinin Fələstin əraziləri ilə bağlı son qərarları fonunda danışacağıq.

“Bu gün 29 yanvar xarici işlər nazirimiz Riyad əl-Maliki bu vəziyyətlə bağlı Lavrova zəng etməyi planlaşdırır”, - Fələstinin Rusiya paytaxtındakı səfiri bildirib.

O əlavə edib ki, biz regiondakı ağır vəziyyət fonunda hadisələrin inkişafını izləməkdə davam etməliyik. Rusiya xarici işlər naziri Sergey Lavrovdan hələlik heç bir şərh yoxdur .

Yanvarın 29-da Əl Ərəbiyyə İsrailin  İranda hərbi əməliyyata başladığını elan edib. İsraildən İrana qarşı xüsusi əməliyyatın başlaması ilə bağlı rəsmi təsdiq yoxdur. Media İsrail pilotsuz təyyarələrinin Təbrizdə İranın pilotsuz təyyarələr zavoduna hücum etməsi faktına diqqət çəkib  .

 


SON XƏBƏRLƏR

19 Aprel 2024