• Bakı 18° C

    1.22 m/s

  • USD - 1.7

    EUR - 1.9241

    RUB - 2.1329

Fernandu Santuş: "Məqsədimiz yaxşı hazırlaşıb qələbə qazanmaqdır"

İDMAN

23 May 2025 | 16:16

Fernandu Santuş: Məqsədimiz yaxşı hazırlaşıb qələbə qazanmaqdır

Futbol üzrə Azərbaycan millisinin məqsədi yoxlama oyunlarında qələbə qazanmaq olacaq. 

Bakıvaxtı.az xəbər verir ki, bunu futbol üzrə Azərbaycan millisnin baş məşqçisi Fernandu Santuş mətbuat konfransında bildirib.

Mütəxəssis bəzi futbolçuları zədə səbəbindən dəvət edə bilmədiyini söyləyib:

"Öncəki təlim-məşq toplanışında Ramil Şeydayevlə Ozan Can Kökçü də dəvət almışdı. Amma son zamanlar özlərini yaxşı tərəfdən göstərə bilmədikləri üçün dəvət almayıblar. Gələcəkdə şansları ola bilər. Millinin qapısı hamının üzünə açıqdır".

Qeyd edək ki, portuqaliyalı mütəxəssisin rəhbərlik etdiyi milli iyunun 7-də səfərdə Latviya, bundan 3 gün sonra isə Bakıda Macarıstan yığması ilə üz-üzə gələcək.


SON XƏBƏRLƏR