• Bakı C

    13.62 m/s

  • USD - 1.7

    EUR - 2.012

    RUB - 2.2055

Fəzail Sadıqov: “Narkotik maddələr insanda psixoloji meyl və asılılıq yaradır”

CƏMİYYƏT

04 Fevral 2026 | 15:06

Fəzail Sadıqov: “Narkotik maddələr insanda psixoloji meyl və asılılıq yaradır”

Narkotik maddələrin təsiri onların formasından və tərkibindən asılı olaraq dəyişir. Xüsusilə də ilk dəfə narkotik qəbul edən şəxs qısa müddətli rahatlıq və yüngüllük hissi keçirə bilər.

Bakıvaxtı.az xəbər verir ki, bunu Respublika Narkoloji Mərkəzinin baş direktoru Fəzail Sadıqov Səhiyyə Nazirliyinin "İnstaqram" hesabında keçirilən canlı yayımda bildirib.

Onun sözlərinə görə, narkotik maddələrə alışma prosesi çox sürətlə baş verir. Bir müddət sonra istifadəçi eyni təsiri almaq üçün qəbul etdiyi dozanı artırmağa məcbur olur. Bu, həm kimyəvi asılılığın, həm də psixoloji ehtiyacın formalaşması ilə bağlıdır.

“Narkotik maddələr insanda əvvəlcə eyforiya və xoş emosiyalar yaradır. Bu hisslər müəyyən dövrdən sonra bir növ meylə, daha doğrusu psixoloji asılılığa çevrilir. İnsanın orqanizmi həmin ‘məmnunluğu’ yenidən yaşamaq üçün daha çox doza tələb edir. Bu isə həm sağlamlıq baxımından ciddi fəsadlara yol açır, həm də şəxsin həyat keyfiyyətini tamamilə məhv edir”, – deyə o vurğulayıb.

Fəzail Sadıqov əlavə edib ki, narkotik asılılığı təkcə fiziki deyil, həm də davranış və psixoloji dəyişikliklərlə müşayiət olunur. İstifadəçi zamanla nəzarəti itirir, gündəlik həyatını narkotik maddələrin təsirinə uyğunlaşdırır və bu proses çox vaxt geri dönüşü çətin olan ağır nəticələrə gətirib çıxarır.

Əli Hüseynov


SON XƏBƏRLƏR