• Bakı 11° C

    3.16 m/s

  • USD - 1.7

    EUR - 1.9811

    RUB - 2.2291

FHN Biləsuvardakı yol qəzası ilə bağlı məlumat yayıb

CƏMİYYƏT

07 Dekabr 2025 | 11:45

FHN Biləsuvardakı yol qəzası ilə bağlı məlumat yayıb

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Cənub-Muğan su kanalının Biləsuvar rayonu, Zəhmətabad kəndindən keçən hissəsində yol-nəqliyyat qəzasının baş verməsi və vətəndaşların avtomobildə köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Bu barədə Bakıvaxtı.az-a FHN-in Mətbuat xidmətindən bildirilib.

Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Biləsuvar rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri cəlb edilib.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən "Lexus" markalı minik avtomobilinin idarəetmədən çıxaraq su kanalına düşdüyü və vətəndaşların nəqliyyat vasitəsində köməksiz vəziyyətdə qaldığı müəyyən olunub.

Yanğınsöndürən-xilasedicilər tərəfindən yol-nəqliyyat qəzası nəticəsində avtomobildə həyatını itirən 4 nəfərin meyiti çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Hadisə nəticəsində ümumilikdə 5 nəfər həyatını itirib.

Faktla əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.


SON XƏBƏRLƏR