• Bakı 23° C

    11.42 m/s

  • USD - 1.7

    EUR - 1.9762

    RUB - 2.1788

FHN yanında İctimai şuranın iclası keçirilib

CƏMİYYƏT

17 Iyul 2025 | 13:04

FHN yanında İctimai şuranın iclası keçirilib

İyulun 17-də Fövqəladə Hallar Nazirliyi yanında İctimai şuranın növbəti iclası keçirilib.

FHN-in Mətbuat xidmətindən Bakıvaxtı.az-a verilən məlumata görə, görüşdə çıxış edən nazirliyin Regional mərkəzlərlə işin təşkili, layihələrin idarə edilməsi və təhsil məsələləri üzrə Baş idarəsinin rəis müavini Gündüz Həmzəyev İctimai şuranın qurumun fəaliyyətinə ictimai nəzarətin həyata keçirilməsi üçün faydalı mexanizm olduğunu, fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması ilə əlaqədar müvafiq rəy və təkliflərinin nəzərə alınacağını bildirib. G. Həmzəyev İctimai şuranın ictimaiyyətlə səmərəli əməkdaşlığın inkişafına mühüm töhfə verəcəyinə ümidvar olduğunu qeyd edərək ona fəaliyyətində uğurlar arzulayıb.

    Daha sonra İctimai şura üzvlərinə vəsiqələr təqdim edilib.


    SON XƏBƏRLƏR