• Bakı 31° C

    5.43 m/s

  • USD - 1.7

    EUR - 1.8397

    RUB - 0.0191

Filarmoniyada korrupsiya əməliyyatı - İzahatlar alındı - YENİLƏNİB

HADİSƏ

04 Iyul 2024 | 18:29

Filarmoniyada korrupsiya əməliyyatı - İzahatlar alındı - YENİLƏNİB

Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında yoxlama aparılıb.

Bu barədə Bakıvaxtı.az-a Mədəniyyət Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən həyata keçirilən əməliyyatın təfərrüatları barədə ictimaiyyətə əlavə məlumat təqdim ediləcək: "Məsələ Mədəniyyət Nazirliyinin diqqət mərkəzindədir".

 

***16:04

Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında yoxlama həyata keçirilir.

Bakıvaxtı.az demokrat.az-a istinadla xəbər verir ki, yoxlama zamanı Filarmoniyanın bir neçə vəzifəli şəxsinin izahatı alınıb. Onların arasında Filarmoniya direktorunun müavini Ayla Kərimovanın da adı hallanır.

Məsələ ilə bağlı Ayla Kərimova açıqlamasında faktı nə təkzib, nə də təsdiq edib.

O, məsələ ilə bağlı danışmaq istəmədiyini deyib:

“Bu barədə heç bir məlumatım yoxdur”.

Qeyd edək ki, Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının direktoru Xalq artisti Murad Adıgözəlzadədir.

O, Azərbaycanı 2009-cu ildə Moskva şəhərində keçirilən "54-cü Avroviziya" mahnı müsabiqəsində təmsil edən və 207 xalla 3-cü yeri tutan Aysel Teymurzadənin həyat yoldaşıdır.


SON XƏBƏRLƏR

06 Iyul 2024