• Bakı 23° C

    2.67 m/s

Finlandiya NATO ilə texniki saziş imzaladı

DÜNYA

24 May 2022 | 17:19 | Müəllif: Subhan Mahmudov

Finlandiya NATO ilə texniki saziş imzaladı

Finlandiya və NATO üzv qəbul edilən tərəfə dəstəyin də yer aldığı qarşılıqlı texniki saziş imzalayıb.

Bakıvaxtı.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Finlandiya Müdafiə Nazirliyinin açıqlamasında bildirilib.

“Mayın 24-də Belçikanın Mons şəhərində Finlandiya və NATO qarşılıqlı texniki saziş imzalayıb”, - açıqlamada deyilir.

Müdafiə naziri Antti Kaykkonen sənədin ölkənin müdafiə qabiliyyətini möhkəmləndirəcəyini əlavə edib.

Belə ki, Finlandiya ərazisində NATO təlimləri keçirilə biləcək, həmçinin hərbi böhran yaransa, iki tərəf müdafiə sahəsində əməkdaşlıq edəcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Oktyabr 2026