• Bakı C

    6.69 m/s

  • USD - 1.7

    EUR - 1.7666

    RUB - 1.5962

Finlandiya və Estoniya arasında zədələnmiş sualtı kabellər təmir edilib

DÜNYA

07 Yanvar 2025 | 11:37

Finlandiya və Estoniya arasında zədələnmiş sualtı kabellər təmir edilib

Finlandiya və Estoniya arasında "Eagle S" tankerinin lövbərinin zədələndiyi iddia edilən iki sualtı kabel təmir edilib. 

Bakıvaxtı.az "Kommersant"a istinadən xəbər verir ki, bu barədə Estoniyanın "Elisa" telekommunikasiya şirkətinin mətbuat xidməti məlumat yayıb. 

Məlumata görə, Estoniya və Finlandiyanı birləşdirən "EstLink 2" kabeli dekabrın sonunda zədələnib. Kuk adalarının bayrağı altında üzən "Eagle S" gəmisi onu lövbərlə zədələyib. Hadisənin ağır hücum kimi qiymətləndirilməsi aparılır.

24 ekipaj üzvündən səkkizi fövqəladə hadisədə iştirakda şübhəli bilinir, onların təhqiqatı tamamlanana qədər ölkəni tərk etmələri qadağan olunub. Finlandiya gömrüyü tankerin Rusiyanın enerji resurslarının daşınması ilə əlaqəsini istisna etməyib. 

Sözügedən tanker dekabrın 28-dən Finlandiyanın Porvoo şəhəri yaxınlığındakı Kilpilahti limanında saxlanılır.

Qeyd olunub ki, bu, Finlandiyada və ya Estoniyada "Elisa" tərəfindən göstərilən telekommunikasiya xidmətlərinə təsir etməyib.

Gülşən Şərif


SON XƏBƏRLƏR

07 Yanvar 2025