• Bakı 10° C

    15.79 m/s

  • USD - 1.7

    EUR - 1.9326

    RUB - 2.04

"Formula 1": Azərbaycan Qran-prisi üçün paddokun yenidən qurulmasına başlanıb

FORMULA 1

06 Mart 2025 | 13:30

Formula 1: Azərbaycan Qran-prisi üçün paddokun yenidən qurulmasına başlanıb

Bu il keçiriləcək "Formula 1" üzrə Azərbaycan Qran-prisinə hazırlıq çərçivəsində paddokun yenidən qurulmasına başlanıb

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən məlumat verilib.

Paddok hər zamanki kimi Neftçilər prospekti, Hökümət evinin qarşısında quraşdırılır.

Bakı Şəhər Halqası Əməliyyat Şirkəti piyadaların və sürücülərin ehtiyatlı olmalarını xahiş edir, şəhər sakinlərinə göstərdikləri anlayışa görə təşəkkürünü bildirir.

Qeyd edək ki, Azərbaycan Qran-prisi 19-21 sentyabr aralığında baş tutacaq.


SON XƏBƏRLƏR