• Bakı 28° C

    5.12 m/s

  • USD - 1.7

    EUR - 1.8972

    RUB - 0.0186

Formula-1 yarışlarında iştirak edəcək yerli media nümayəndələrin akrreditasiyası yekunlaşır

FORMULA 1

17 Iyul 2024 | 16:45

Formula-1 yarışlarında iştirak edəcək yerli media nümayəndələrin akrreditasiyası yekunlaşır

Formula-1 tədbirinə yerli nümayəndələrin akrreditasiyası yekunlaşır.

Bakıvaxtı.az Bakı Şəhər Halqasına istinadən xəbər verir ki, 13-15 sentyabr 2024-cü il keçiriləcək Formula 1 Azərbaycan Qran Prisinə yerli media nümayəndələrinin akkreditasiyasına qeydiyyatın bitməsinə 5 gün qalıb.

12 iyun tarixində başlamış qeydiyyat prosesi 22 iyul 2024-cü il saat 15:00-da yekunlaşacaq.

Qeyd edək ki, Formula 1 çempionatı çərçivəsində təşkil olunan bütün yarışlarda media nümayəndələrinin akkreditasiyası Beynəlxalq Avtomobil Federasiyası (FIA) və Formula One Management (FOM) şirkəti tərəfindən aparılır.

Yerli media nümayəndələrinin qeydiyyat prosesi isə Bakı Şəhər Halqası tərəfindən icra olunur.

Akkreditasiya prosesi ilə əlaqədar əlavə məlumat əldə etmək istəyənlər (+994) 55 206 45 60 nömrəsinə zəng edə və ya [email protected] email ünvanına müraciət edə bilərlər.


SON XƏBƏRLƏR