“Azərbaycan Hava Yolları”na (AZAL) məxsus təyyarənin pilotları hava gəmisini təhlükəsiz endirmək üçün mümkün olan sona qədər mübarizə aparıblar.
Bakıvaxtı.az Azərtac-a istinadla xəbər verir ki, bu fikir Fransanın “La Voix du Nord” portalındakı xəbərdə yer alır. Xəbərin müəllifləri azərbaycanlı pilotların yüksək peşəkarlıq nümayiş etdirdiklərini bildirirlər.
Məqalədə qeyd olunur ki, AZAL-ın 8432 saylı reysinin uçuş heyəti həqiqi möcüzə göstərərək hava gəmisindəki sərnişinlərin yarısının həyatını xilas edə biliblər. Hdiravlik və naviqasiya sistemlərinin sıradan çıxmasına rəğmən, onlar 2 saat ərzində Xəzər dənizindən keçərək təyyarəni Aktauya çatdıra biliblər. Qəzada həyatlarını itirən gəmi komandiri İqor Kşnyakin, pilot Aleksandr Kalyaninov və stüardessa Hökümə Əliyevanın fədakarlıqları sayəsində faciənin miqyasını kiçiltmək mümkün olub.