• Bakı 23° C

    9.16 m/s

  • USD - 1.7

    EUR - 1.8238

    RUB - 0.0183

Fransanın qarayaxması: Bakının yumşaq addımları daha sərt gedişlərə çevrilə bilər

SİYASƏT

17 Aprel 2024 | 16:52

Fransanın qarayaxması: Bakının yumşaq addımları daha sərt gedişlərə çevrilə bilər

Fransa Azərbaycandakı səfirini məsləhətləşmələr üçün geri çağırıb.

Prezident Emmanuel Makron məsələni müzakirə etmək üçün Parisdə səfir Ann Buayonu qəbul edib. Fransa əssasız olaraq rəsmi Bakını ikitərəfli münasibətlərə xələl gətirməkdə ittiham edib.

Bundan başqa, bəyanatda Fransanın Ermənistanın ənənəvi müttəfiqi olduğu vurğulanıb, mühüm erməni diaspor icmasına ev sahibliyi etməsi qeyd edilib. Bəyanatda Fransanın Ermənistan ərazisində layihələrinin olması da etiraf edilib.

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Fransanın Azərbaycandakı səfirini geri çağırılmasına münasibət bildirib. Nazirlik rəsmisi qeyd edib ki, Azərbaycanın razılığı əsasında Fransanın 25 ilə yaxın müddətdə vasitəçilik roluna baxmayaraq, bu ölkənin 2020-ci il Vətən müharibəsindən sonra açıq-aşkar anti-Azərbaycan addımları hər kəsə məlumdur. O qeyd edib ki, Fransa tərəfinin Azərbaycanı birtərəfli hərəkətlərdə təqsirləndirməsinə baxmayaraq, rəsmi Bakının Fransaya qarşı addımları və verdiyi rəsmi bəyanatlar yalnız bu ölkənin destruktiv fəaliyyətinə cavab xarakterli olub:

"Ölkəmizə qarşı qarayaxma kampaniyasına baxmayaraq, tərəfimizdən hər zaman dialoq qapıları açıq saxlanılıb. Fransa xüsusilə son 3 il yarım müddətdə atdığı addımlar ilə Azərbaycanla Ermənistan arasında suverenlik və ərazi bütövlüyü əsasında əlaqələrin normallaşdırılması səylərini ciddi şəkildə sual altına qoyub və vəziyyətin gərginləşməsinə rəvac verib".

Politoloq Əhəd Məmmədli Bakıvaxtı.az-a açıqlamasında deyib ki, Azərbaycanın Fransa ilə diplomatik əlaqələri dondurması heç də Parisin maraqlarına cavab vermir.

Analitik vurğulayıb ki, Fransanın Cənubi Qafqazla, o cümlədən Azərbaycanla bağlı maraqları var:

"Fransanın əvvəlki rəhbərliyi ilə Azərbaycanın əlaqələri normal olub. Düzdür, Paris hər zaman Ermənistanla yaxın olub, ermənilərlə münasibətdə açıq mövqe sərgiləyib, daim siyasi-hərbi dəstək verib. Amma Fransa üçün fransız mövqeyi hər halda erməni mövqeyindən daha öndə və vacibdir. Nə olsun, prezident Emanuel Makron deyir ki, "Ermənistanı Paşinyandan daha çox düşünür". Bunu Makron hökuməti deyir. Belə birmənalı yanaşma Fransa daxilində suallar doğuracaq ki, niyə Azərbaycanla siyasət bu həddə gəlib çatdı?! Fransanın Cənubi Qafqazın ən vacib ölkəsi sayılan Azərbaycanla diplomatik münasibətlərə son qoyması fransızlar tərəfindən sorğulanacaq. Onsuz da Mərkəzi Afrikada Fransanın siyasi-hərbi fəaliyyəti bərbad durumdadır. Fransızları Afrikadan qovurlar və üstəlik Cənubi Qafqazda Azərbaycan kimi strteji əhəmiyyət kəsb edən bir ölkə ilə əlaqələri düşmənçilik həddinə çatır”.

Əhəd Məmmədli: Fransanın Cənubi Qafqazla, o cümlədən Azərbaycanla bağlı maraqları var

Müsahibimiz qeyd edib ki, bölgənin prioritet dövləti ilə əməkdaşlığı kəsmək Fransanın xarici siyasətinə müsbət addım kimi yazıla bilməz:

“Bakının hələlik yumşaq addımları sabah daha sərt gedişlərə çevrilə bilər".

Aydın Baxış


SON XƏBƏRLƏR

29 Aprel 2024