q
  • Bakı 13° C

    12.65 m/s

  • USD - 1.7

    EUR - 1.9935

    RUB - 2.2576

Fransa XİN başçısı: “İran ciddi güzəştlərə getməlidir”

DÜNYA

28 Aprel 2026 | 08:31

Fransa XİN başçısı: “İran ciddi güzəştlərə getməlidir”

Rəsmi Paris Tehranın mövqeyində əsaslı dəyişiklik olmadan münaqişənin həllini mümkün saymır.

Bakıvaxtı. az-ın “LeMonde.fr”ə istinadən verdiyi xəbərə görə, Fransanın xarici işlər naziri Jan-Noel Barro bildirib ki, hazırkı böhran uzunmüddətli və sabit şəkildə yalnız İranın ciddi siyasi güzəştlərə getməsi və mövqeyində köklü dəyişiklik etməsi ilə həll oluna bilər. Onun sözlərinə görə, indiki vəziyyətdə münaqişənin davam etməsi regionun sabitliyini ciddi şəkildə təhlükə altına qoyur və beynəlxalq diplomatik səylərin daha da gücləndirilməsini tələb edir:

“İran tərəfi mövcud siyasi kursunu dəyişmədiyi halda, gərginliyin azalması və davamlı sülhün əldə olunması mümkün olmayacaq”.

O əlavə edib ki, beynəlxalq ictimaiyyət bu istiqamətdə daha koordinasiyalı addımlar atmalı, diplomatik təzyiq və dialoq paralel şəkildə davam etdirilməlidir.

Fransanın mövqeyinə görə, Yaxın Şərqdə sabitliyin bərpası üçün tərəflərin kompromisə hazır olması həlledici rol oynayır.

Aydın Baxış


SON XƏBƏRLƏR

27 Aprel 2026