• Bakı 12° C

    4.46 m/s

  • USD - 1.7

    EUR - 1.8431

    RUB - 1.9726

Furkanla Nianın evinə silahlı basqın edib qızıllarını oğurladılar

ŞOU

26 Yanvar 2025 | 19:30

Furkanla Nianın evinə silahlı basqın edib qızıllarını oğurladılar

Tiktoker cütlük Nia və Furkan Ağluçun evinə silahlı basqın edilib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Furkan məlumat yayıb.

O bildirib ki, sözügedən şəxs oğurluq məqsədilə Iğdırdakı evlərinə girib.

"Təhlükəsizlik kameralarına düşüb. Dörd-beş dəfə evin ətrafında fırlanıb, mənim evdə olmadığımdan əmin olub. Mətbəx qapısından evə girib. Niaya "Toyda hədiyyə edilən qızılları gətir" deyib. Əlində silah var imiş, Nianın başına doğru tutub. Qızılları götürüb və gedib. Kameradakı görüntülər polisdədir, araşdırılır, tapılacaq. Bütün qızılları götürüb", - deyə, Furkan vurğulayıb.

14 yanvarda baş verən hadisədən sonra cinayətkar tapılıb, lakin cütlük qızıllarını geri ala bilməyib. (olay)


SON XƏBƏRLƏR