• Bakı 26° C

    1.21 m/s

  • USD - 1.7

    EUR - 1.8792

    RUB - 0.0189

Füzulidə azad edilən ərazidə yanğın olub, 2 helikopter cəlb olunub - VİDEO

HADİSƏ

19 Iyul 2024 | 15:10

Füzulidə azad edilən ərazidə yanğın olub, 2 helikopter cəlb olunub - VİDEO

FHN-in “112” qaynar telefon xəttinə Füzuli rayonunun Seyidəhmədli, Aşağı və Yuxarı Əbdürəhmanlı, Kürdlər və Qorqan kəndləri istiqamətində açıq sahədə yanğın baş verməsi barədə məlumat daxil olub.

Bakıvaxtı.az xəbər verir ki, məlumatla əlaqədar əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri və Aviasiya dəstəsinin 2 ədəd helikopteri cəlb olunub. Əməliyyat şəraitinə uyğun olaraq həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində yanğın qısa müddətdə söndürülüb.


SON XƏBƏRLƏR