• Bakı 18° C

    7.36 m/s

  • USD - 1.7

    EUR - 1.9675

    RUB - 2.0938

G7 səfirləri Ukraynaya görə təcili toplaşıblar

DÜNYA

10 Oktyabr 2025 | 14:50

G7 səfirləri Ukraynaya görə təcili toplaşıblar

Bu gün G7 ölkələrinin səfirləri Rusiyanın Ukraynanın enerji və mülki infrastrukturuna hücumları fonunda dəstək tədbirlərinin müzakirəsi üçün Ukraynanın enerji naziri Svetlana Qrinçuk və enerji sektorunun nümayəndələri ilə təcili görüş keçiriblər.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ukraynadakı G7 ölkələri səfirlər qrupunun sədrliyi "X" sosial şəbəkəsində məlumat yayıb.

Görüşdə "Naftoqaz Ukrayna", "Ukrqenerqo", "Enerqoatom" şirkətlərinin nümayəndələri iştirak ediblər.

Məlumata görə, onlar enerji və mülki infrastruktura Rusiyanın hücumlarını, Ukraynanın sonrakı zərbələrə qarşı mübarizəsində aktual ehtiyaclarının həllini və ona dəstəyi müzakirə ediblər.


SON XƏBƏRLƏR