Gecə və istirahət saatlarında yüksək səslə musiqi dinlənilməsi, təmir-tikinti işlərinin aparılması və digər səs-küy yaradan hallara yol verilməsi vətəndaşların istirahət hüququnun pozulması ilə nəticələnir.
Bakıvaxtı.az xəbər verir ki, bununla bağlı Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi Elşad Hacıyev maarifləndirici məlumat paylaşıb:
"Xatırlayaq ki, məişət səs-küyünə qarşı mübarizə qaydalarının pozulması inzibati məsuliyyət yaradır. Qarşılıqlı hörmət və qaydalara əməl etməklə ictimai mühiti birlikdə qoruyaq".
Bakı 




