• Bakı 19° C

    8.31 m/s

  • USD - 1.7

    EUR - 1.9241

    RUB - 2.1054

Gecikdirilmiş 110 min manata yaxın vəsait işçilərə ödənilib

İQTİSADİYYAT

12 May 2025 | 10:50

Gecikdirilmiş 110 min manata yaxın vəsait işçilərə ödənilib

2025-ci ilin yanvar-aprel ayları ərzində işəgötürənlər tərəfindən sosial xarakterli ödənişlər olan 110 min manata yaxın vəsaitin işçilərə ödənilməsinin gecikdirildiyini müəyyən edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti məlumat yayıb.

Görülən tədbirlər nəticəsində həmin vəsait işəgötürənlər tərəfindən işçilərə ödənilib.

Onun 88,9 faizi əməkhaqlarından, qalan hissəsi işəgötürənlər tərəfindən ödənilməli olan müavinət və kompensasiyalardan, zərərə görə ödənclərdən ibarət olub.

Müraciətlərin araşdırılması zamanı Xidmət həmçinin 30 işçinin əmək müqavilələrinə qanunvericiliyin tələbləri pozulmaqla xitam verildiyini müəyyən edib.

Xidmətin qanunvericiliyə əsasən gördüyü tədbirlər nəticəsində həmin işçilər yenidən əvvəlki işlərinə bərpa olunublar.


SON XƏBƏRLƏR

11 May 2025