• Bakı 17° C

    8.64 m/s

  • USD - 1.7

    EUR - 1.9672

    RUB - 2.1247

Gediş haqqı 50 qəpik oldu? - BU AVTOBUSDA... - YENİLƏNİB

CƏMİYYƏT

31 Oktyabr 2025 | 16:20

Gediş haqqı 50 qəpik oldu? - BU AVTOBUSDA... - YENİLƏNİB

"Şirkətimizdə 85 nömrəli müntəzəm avtobus marşrutunda gediş haqqı heç vaxt 60 qəpik olmayıb".

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Xaliq Faiqoğlu" şirkətinin mətbuat xidmətindən bildirilib.

Qeyd edilib ki, 85 nömrəli xəttdə avtobusların bir hissəsi dizellə işlədiyi üçün tarif dəyişikliyi bu marşruta şamil edilməyib.

"Hazırda yalnız 18, 61, 65 saylı müntəzəm xətlər və E2 ekspres xəttində gediş haqqı 60 qəpikdir. 85 nömrəli xətt üzrə gediş haqqı 50 qəpikdir və bu tarif dəyişiklikdən təsirlənməmiş avtobuslar üçün qüvvədədir".

Əli Hüseynov

***

15:49

Bakıda fəaliyyət göstərən 85 nömrəli müntəzəm avtobus marşrutunda gediş haqqı dəyişdirilib.

Bakıvaxtı.az xəbər verir ki, yeni tarifə əsasən, bu marşrut üzrə gediş haqqı 50 qəpik təşkil edir.

Xatırladaq ki, paytaxtın digər marşrut xətləri üzrə gediş haqqı 60 qəpik təşkil edir.

Əli Hüseynov


SON XƏBƏRLƏR